Sumqayıtın tanınmış idmançısı Fərhad Rəcəbli dünya çempionatında qızıl medal qazanıb.
Sumqayit24.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində usta cüdoçular arasında dünya çempionatı keçirilir. Yarışda kişilər arasında çıxış edən Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyası üzrə bütün rəqiblərini qalib gələrək Dünya çempionatının qızıl medalına sahib olub.
Qeyd edək ki, turnir noyabrın 7-dək davam edəcək.