Sumqayıtdan olan cüdoçu qızıl medal qazanıb. Sumqayıt24 bu haqda 8 iyun tarixində xəbər verir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda usta cüdoçular arasında Avropa çempionatı keçirilir. Həmşəhərlimiz Vüqar Babayev (-66 kq) M3 yaş kateqoriyası üzrə bütün rəqiblərini yenərək çempion olub.
Xatırladaq ki, 64 yaşlı Fərhad Rəcəbli də 10-cu qitə çempionluğunu əldə edib.