Sumqayıtlı idmançı Süleyman Şükürov ölkəmizi beynəlxalq turnirdə təmsil edib.
Sumqayıt24 xəbər verir ki, Estoniyanın paytaxtı Tallində Avropa çempionatı keçirilir. Yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Süleyman Şükürov finalda gürcüstanlı Aleksandre Loladzeyə qalib gələrək qızıl medal qazanıb.
Turnir sentyabrın 8-də başa çatacaq.