Bosniya və Hersoqovinada taekvondo üzrə Multi Avropa Oyunları 2023 keçirilib. Sumqayıt24 bu haqda 13 may tarixində xəbər verir.
Taekvondo üzrə milli komandamız və Sumqayıt Olimpiya İdman Kompleksinin məşqçisi Vurğun Cəfərovun yetirmələri yüksək nailiyyətlər qazanıblar. Təmsilçilərimiz Şəms Əlizadə və İlyas Hətəmli 1-ci, Novruz Əliyev isə 2-ci yeri tutublar. Onlara medal və sertifikatlar verilib.
Komandamız ümumi olaraq 3-cü yerə, oğlanların yarışında isə 2-ci yerə çıxıb. [modula id="36172"]