Sumqayıt Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri təşkil edilib. Bu haqda 18 iyul tarixində Sumqayıt24 xəbər verir.
Taekvondo idman növü üzrə təşkil olunan tədbir Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunub. Ustad dərsləri taekvondo üzrə Azərbaycan çempionatının qalib və mükafatçıları Ruslan Seyidov və Malik Abbasov tərəfindən aparılıb.
Layihə Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən reallaşıb.