Sumqayıtlı şəhid general-mayor Polad Həşimovun oğlu tanınmış futbol klublarının birində məşqlərə başlayıb. Bu haqda “Qafqazinfo” məlumat yayıb.
Məlumata əsasən, Azərbaycanın Milli Qəhrəmanının oğlu Davud “Qarabağ” futbol klubunun aşağı yaş qrupunda hazırlıq keçir.
3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları zamanı şəhid olan birinci və yeganə generalıdır.