Sumqayıtlı qrosmeysterlər 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər
Sumqayıt24 xəbər verir ki, turnirdə 9-cu tura yekun vurulub. Kişilərdən ibarət Azərbaycan yığması Yunanıstanla heç-heç edib. Həmşəhərlimiz Şəhriyar Məmmədyarov bu turda İonnis Papaioanu ilə bərabərliyə razılaşıb.
Xanımlarımız isə İsveçrəni 4:0 hesabı ilə darmadağın ediblər. Qrosmeyster Gövhər Beydullayeva Sofiya Xrızlova ilə dueldən qalib ayrılıb.