Sumqayıt idmançısı cüdo təlim düşərgəsində iştirak edib. Bu haqda 9 aprel tarixində Sumqayıt24 xəbər verir.
Təlim-məşq toplanışı aprelin 11-nə qədər Yaponiyada keçirilir. Qadınlardan ibarət milli yığma komandanın üzvü Gültac Məmmədəliyeva hazırlıq prosesinə qatılıb.
Ümumilikdə hazırlığa 4 cüdoçu qoşulub. İdmançılara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.