Sumqayıtda şahmat yarışı keçirilib. Sumqayıt24 bu haqda 14 iyun tarixində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Uşaq hüquqları aylığı”na həsr edilmiş birincilik 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutub. Məqsəd şəhərdə şahmatın təbliği və inkişafı, güclü idmançıların müəyyən edilməsi, onların idman ustalığının artırılması və təkmilləşdirilməsidir.
Qalib və mükafatçılar medal və diplomlarla təltif olunublar.