Sumqayıt idmançısı beynəlxalq turnirdə iştirak edib. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat verir.
İspaniyanın Santyaqo de Kompostela şəhərində sərbəst güləş (U-20) üzrə Avropa çempionatı keçirilib. Millimizin üzvü, Sumqayıt idmançısı Cavidan Əhmədov (70 kq) yarışın bürünc medalına layiq görülüb.
Güləşçinin məşqçisi Samit Əhmədovdur.