Sumqayıtlı idmançı qılıncoynatma idman növü üzrə turnirdə uğur qazanıb. Bu haqda 25 aprel tarixində Sumqayıt24 Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Beynəlxalq turnir Türkiyənin Antalya şəhərində keçirilib. Yeniyetmələr arasında təşkil olunan yarışda iştirak edən millimizin üzvü, idmançımız Səid Sultanlı bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Qeyd edək ki, çempionun məşqçisi 1 nömrəli İOEUGİŞM PHŞ-nin məşqçi-müəllimi Abdulla Həsənovdur.