Sumqayıtda bu həftə 2 idman tədbiri keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Sumqayıt şəhər çempionatı noyabrın 29-da saat 17:30-da, sərbəst güləş üzrə şəhər çempionatı isə noyabrın 30-da saat 15:00-da “Alüminiumçu” İdman Evində baş tutacaq.
Layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunacaq.