Təcrübəli paracüdoçumuz ikinci yeri tutub. Sumqayıt24 bu haqda 5 dekabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yaponiyanın Tokio şəhərində paracüdo üzrə Qran-pri turniri təşkil olunub. Sumqayıt idmançısı, 2 qat Paralimpiya çempionu İlham Zəkiyev finala çataraq gümüş medal qazanıb.
Zəkiyevin məşqçisi Əməkdar məşqçi Azad Zahidovdur.