“Sumqayıt” futbol klubunun dəstəyi ilə “Elmejor Camp” yay məşq düşərgəsi baş tutacaq.
Sumqayit24.az xəbər verir ki, 30 iyun – 13 iyul tarixləri arasında keçiriləcək düşərgədə “Sumqayıt” Futbol Akademiyasının 30 futbolçusu da iştirak edəcək.
Təlim-məşq bazasında baş tutacaq düşərgə tanınmış UEFA PRO kateqoriyalı ispan məşqçilər tərəfindən idarə olunacaq.
Futbolçular iki həftə ərzində dünya futbolunun ən yaxşı təcrübələrini əldə edəcəklər.