“Sumqayıt” klubundan ayrılacaq ilk futbolçunun kimliyi məlum olub.
Sportinfo.az-ın məlumatına görə, Vüqar Mustafayev uzun illər kapitan sarğısını daşıdığı “kimyaçılar”la mövsümün sonunda vidalaşmağı lazım bilib. “Bakı”nın yetirməsi 2019-cu ildən ”gənclik şəhəri” təmsilçisinin formasını geyinir.
Cari mövsüm az şans qazanan 1994-cü il təvəllüdlü yarımmüdafiəçi rəhbərliyi yeni müqavilə bağlamayacağı barədə məlumatlandırıb.