Sumqayıtda uşaq, yeniyetmə və gənclər arasında karate yarışı keçirilib. Bu barədə 28 mart tarixində Gənclər və İdman Baş İdarəsi (GİBİ) xəbər yayıb.
Karatenin WKF növü üzrə Sumqayıt şəhər şöbəsinin açıq çempionatı Paralimpiya İdman Kompleksində təşkil olunub. Qalib və mükafatçılar fəxri fərman və medallara layiq görülüblər.