Sumqayıt məktəblisi taekvondo üzrə çempion olub. Sumqayıt24 bu haqda 3 may tarixində xəbər verir.
Estoniyanın Tallin şəhərində “President Cup 2024 – Est” yarışı keçirilib. Azərbaycanı təmsil edən 3 nömrəli məktəbin şagirdi Gülü Zamanlı bütün rəqiblərini yenib. Gülü qızıl medal və sertifikata layiq görülüb.