Sumqayıt şəhər 4 nömrəli məktəbinin şagirdi idman yarışında uğur əldə edib. Bu haqda 22 aprel tarixində Sumqayıt24 xəbər verir.
Təhsil müəssisəsinin 11e sinif şagirdi Azərin Nəcəfova karate üzrə XIV dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanıb. Turnir Bolqarıstanda keçirilib.