Futbol üzrə Azərbaycan Premyer Liqasının maliyyə dəyəri yüksəlib. Bu haqda 1 iyun tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Yüksək dəstədə çıxış edən klubların ümumi dəyəri 71,4 milyon avro təşkil edir. “Sumqayıt” FK 4,93 milyon avro ilə 7-ci yerdə qərarlaşıb. Siyahıda ilk üçlükdə “Qarabağ” (14,45), “Sabah” (9,68) və “Neftçi” (8,95) klubları yer alıb.
Qeyd edək ki, daha öncə Premyer Liqanın dəyəri 67,9 milyon avro olub.