Rapid və blitz üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sumqayit24.az xəbər verir ki, qadınların mübarizəsində 2-ci və 5-ci yerləri qrosmeysterlər Zeynəb və Türkan Məmmədyarovalar tutublar. Z.Məmmədyarova rapid, T.Məmmədyarova isə blitz turnirinin qalibi olublar.
Qeyd edək ki, həm kişilər, həm də qadınlar arasında ilk 3 yeri tutmuş şahmatçılar ölkəmizi dünya çempionatında təmsil edəcəklər. Birincilik bu ilin dekabr ayında Nyu Yorkda keçiriləcək.