“Sumqayıt”ın futbolçusu klubdan ayrılıb. Sumqayıt24 bu haqda 8 iyul tarixində xəbər verir.
24 yaşlı yarımmüdafiəçi Masaki Murata ilə “kimyaçılar” arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
“Sumqayıt” klubu yaponiyalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.