Özbəkistanda şahmat üzrə “Masters” turniri davam edir. Sumqayıt24 bu haqda 14 iyun tarixində xəbər verir.
Sumqayıtlı qrosmeyster Şəhriyar Məmmədyarov 8-ci turda Yu Yanqyi (Çin) ilə qarşılaşıb. Oyunda bərabərlik qeydə alınıb.
7 heç-heçə edən və 1 məğlubiyyəti olan “Şah” hazırda 8-ci yerdədir.
Qeyd edək ki, yarış bu gün yekunlaşacaq.