“Sumqayıt” klubunun futbolçusu milliyə cəlb olunub.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Yığmanın baş məşqçisi Fernandu Santuş oktyabrın 7-dən təlim-məşq toplanışına başlayacaq heyətə qapıçı Mehdi Cənnətovu da dəvət edib.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də "Lilleküla" stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da başlayacaq