“Sumqayıt” klubunun matçında turun ən “zəif” nəticəsi qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün məhsuldarlıq rekordu qeydə alınıb. Belə ki, VIII turun oyunlarında 19 qol vurulub. Orta məhsuldarlıq 3,80-ə bərabər olub.
Qeyd edək ki, ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.