Şahmatçımız “Norway Chess” turnirində növbəti oyununu keçirəcək. Sumqayıt24 bu haqda 31 may tarixində xəbər verir.
Yarış Norveçin Stavanger şəhərində təşkil olunub. 38 yaşlı qrosmeyster Şəhriyar Məmmədyarov II turda Fransa təmsilçisi, iranəsilli Alireza Firuzca ilə qarşılaşacaq.
“Şah” ilk turda yerli idmançı Aryan Tarini armageddonda məğlub edib. O, hazırda 1,5 xalla Uesli So (ABŞ) və Aniş Giri (Niderland) ilə birlikdə 3-5-ci yerləri bölüşdürür.