Şəhriyar Məmmədyarov "Norway Chess" turnirində növbəti oyuna hazırlaşır. Sumqayıt24 bu haqda 5 iyun tarixində xəbər verir.
Şahmat yarışı Norveçin Stavanger şəhərində təşkil olunub. 38 yaşlı qrosmeyster bu gün VI turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
“Şah” 7 xalla hindistanlı Qukeş Dommaraku ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giri ilə 7-8-ci yerləri bölüşdürürlər.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq.