Sumqayıtda Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş şahmat üzrə tempo turniri keçirilib. Bu haqda 20 iyul tarixində Sumqayıt24 xəbər verir.
Oğlan və qızlar arasında təşkil olunan yarış 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutub. Qalib və mükafatçılar diplomlarla təltif olunublar.
Turnirin keçirilməsində məqsəd bu idman növündə güclü idmançıların müəyyən edilməsindən ibarətdir.