Parakarateçilərimiz Avropa çempionatında (WKF) iştirak ediblər. Sumqayıt24 bu haqda 29 mart tarixində Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.
Yarış İspaniyanın Qvadalahara şəhərində keçirilib. Təmsilçilərimizdən Eldar Əhmədov gümüş, Nihat Məmmədzadə isə bürünc medallara sahib olublar. Onların məşqçisi Əməkdar məşqçi Rafael Məmmədovdur.