İkiqat paralimpiya çempionu, Sumqayıtlı İlham Zəkiyev Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Sumqayıt24 xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib. Zəkiyev təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paralimpiya oyunları sentyabrın 8-də yekunlaşacaq.