Sumqayıtda stolüstü tennis idman növü üzrə ustad dərsləri keçirilib. Bu haqda 16 aprel tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunan tədbir “Qarabağ NN” stolüstü tennis bazasında baş tutub.
Layihənin təşkilində məqsəd uşaq, yeniyetmə və gənclər arasında stolüstü tennis idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.