Daha bir yerli telekanal Avrokubok oyunlarını yayımlayacaq.
Sumqayıt24 xəbər verir ki, futbol azarkeşləri yeni formatda keçiriləcək Çempionlar, Avropa və Konfrans Liqasında 2024/2025 mövsümünün matçlarını “CBC Sport” kanalı ilə yanaşı “İctimai” Televiziyada da izləyə biləcəklər.
Xatırladaq ki, “Qarabağ” futbol klubu da Avropa Liqasında mübarizə aparacaq. Komandamız "Ayaks", "Tottenhem", "Olimpiakos", "Malmö", "Budyo Qlimt", FCSB və "Elfsborq"la qarşılaşacaq.