Sumqayıtlı Rafael Ağayev “Karate Combat”da 2-ci döyüşünü keçirib. Bu haqda Report-a istinadən xəbər veririk.
5-qat Dünya və 11-qat Avropa çempionu olan “Qara brilliant”, macarıstanlı Jolt Habda ilə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, sözügedən turnir çərçivəsində Rafael Ağayev artıq 2-ci dəfədir qalib gəlir. O, 2018-ci ildə Dominikan karateçisi Dionisio Qustavonu da məğlub etmişdir.