“Sumqayıt”ın gənc yarımmüdafiəçisi komandadan gedə bilər. Sumqayıt24 bu haqda 9 may tarixində Azerisport.com-a istinadən xəbər verir.
Bakının “Sabah” klubu yayda icarə müddəti bitən ukraynalı vinger Aleksey Kaşuka əvəzedici axtarır. Onun yerini doldura biləcək namizədlərdən biri “Sumqayıt”ın oyunçusu Rüfət Abdullazadədir.
22 yaşlı futbolçunun müqaviləsi mövsüm sonunda bitir və o, azad agent kimi istənilən kluba keçə biləcək.