Sumqayıtda “Üzməyi öyrənək” layihəsi yekunlaşıb. Sumqayıt24 bu haqda 21 may tarixində xəbər verir.
Gənclər və İdman Nazirliyinin proqramı çərçivəsində Sumqayıt Olimpiya İdman Kompleksində üzgüçülük üzrə məktəb şagirdləri arasında yarış keçirilib. Məqsəd uşaqlara üzməyi öyrətmək, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.