Sumqayıtlı qrosmeyster şahmat üzrə superturnirdə iştirak edəcək. Bu haqda 27 mart tarixində Sumqayıt24 xəbər verir.
Superturnir Norveçin Stavanger şəhərində mayın 29-u start götürəcək. Şahmatçımız Şəhriyar Məmmədyarovla yanaşı, turnirdə Maqnus Karlsen, Uesli So, Aniş Giri, Qukeş D, Nodirbek Abdusattorov, Alireza Firuzja, Aryan Tari, Hikaru Nakamura, Fabiani Karuana mübarizə aparacaq.