Sumqayıtlı boksçular 7 medal qazanıblar. Sumqayıt24 bu haqda 2 iyun tarixində Təhsil Respublika İdman Mərkəzinə istinadən xəbər verir.
Kalmıkiyanın Elista şəhərində ikiqat Avropa və Dünya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Raimkul Malaxbekovun xatirəsinə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçirilib.
Yarışda Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları 5 qızıl, 2 bürünc medal əldə edə biliblər.