Sürətli şahmat üzrə kişi və qadınlar arasında Sumqayıt şəhər çempionatı keçirilib.
Sumqayıt24 xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş yarış 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunub. Turnirin sonunda qalib və mükafatçılar medal və diplomla təltif olunublar.
Layihənin məqsədi şahmat idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsidir.