Sumqayıtlı şahmatçı Beynəlxalq yarışı qazanıb. Sumqayıt24 bu haqda 6 fevral tarixində Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Belə ki, 41 nömrəli məktəbin 10-cu sinif şagirdi Şəms Fərzəli şahmatın sürətli rapid növü üzrə mübarizə aparıb və 1-ci yeri tutub. O, medal, kubok və diplomla mükafatlandırılıb.