Qrosmeysterimizin "Grand Chess Tour"-un 4-cü mərhələsindəki qazancı məlum olub. Sumqayıt24 bu barədə 31 avqust tarixində Report-a istinadən xəbər verir.
ABŞ-nin Sent-Luis şəhərində keçirilmiş turniri 6-cı sırada bitirən 37 yaşlı Şəhriyar Məmmədyarov 11 min ABŞ dolları əldə edib. Şahmatçımız bu yarışdan ümumilikdə 32.250 dollara sahib olaraq çıxıb.