Sumqayıtlı şahmatçı Özbəkistana yollanıb. Bu haqda 27 mart tarixində Sumqayıt24 Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir.
Bu gün rapid üzrə beynəlxalq turnirə start verilib. Turnirdə ölkəmizi qrosmeyster Şəhriyar Məmmədyarov təmsil edəcək. Yarışda, həmçinin Nodirbek Abdusattarov, Aleksandr Qrişuk kimi tanınmış şahmatçılar da iştirak edəcəklər.
Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.