“Sumqayıt”ın baş məşqçisi transfer çalışmalarından danışıb. Sumqayıt24 bu haqda 5 iyul tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Konfrans Liqasına vəsiqə qazanan klubun “futbolçu bazarında” aktivliyi hiss olunmur. “Bu, daha çox təcrübəli davranmaq istəyindən irəli gəlir, yoxsa başqa səbəblər gecikməyə yol açır?” sualını Samir Abasov belə cavablandırıb:
“Yox, mən buna gecikmə deməzdim. Belə olduğunu fikirləşmirəm. Bu ərəfələrdə yaşanan problemlərdir və normal haldır. Digər Premyer Liqa klublarında da oxşar mənzərədir. Əlimizdə olan imkanlara görə hərəkət etməyə çalışırıq”.