“Sumqayıt”ın baş məşqçisi püşkü dəyərləndirib. Sumqayıt24 bu haqda 20 iyun tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, komandamız UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la (Macarıstan) qarşılaşacaq. Samir Abasov püşkü belə şərh edib:
"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı düşsə, işimiz asan olmayacaq. Təbii ki, biz də oyuna uduzmaq üçün çıxmayacağıq. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb, matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib, səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".