Sumqayıt məktəbliləri poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında yüksək nailiyyət qazanıblar. Bu haqda AZƏRTAC məlumat yayıb.
Xaçmaz Olimpiya İdman Kompleksində "Vətənin müdafiəsinə hazıram!" yarışında Sumqayıt şagirdləri üçüncü yerə layiq görülüb. Çağırışaqədər və çağırışyaşlı gənclər arasında keçirilən çempionatda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komandası birinci, Naxçıvan MR-nın komandası isə ikinci yeri qazanıblar.
İlk üçlükdəki komandalar diplom və kuboklarla mükafatlandırılıblar.