Sumqayıtlı şahmatçının qatıldığı Vüqar Həşimov Memorialının keçirilmə tarixi bəlli olub. Bu haqda bu gün, 2 dekabr tarixində APA məlumat yayıb.
7-ci beynəlxalq super turnir "Fairmont Baku" otelində dekabrın 18-dən 23-dək keçiriləcək. Yarışda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, rusiyalı Sergey Karyakin, macarıstanlı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparacaq.