Sumqayıtlı Yunan-Roma güləşçisi Fransada erməni idmançını məğlub edib. Bu haqda "Report" məlumat yayıb.
87 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov Edqar Xaçatryanı - 6:3 hesabı ilə məğlub edib. İdmançımız Fransada klublararası çempionatında artıq iki görüşü qələbə ilə başa vurub. İlk qarşılaşmada Abbasov fransalı Salamon Entonini ilə apardığı mübarizədə qələbə qazanan tərəf olmuşdur.
Qeyd edək ki, İslam Abbasov “Şiltgem” komandasında çıxış edir. Onun komandası 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.