Sumqayıtlı idmançılar "Dəmir Yumruq 3"uşu və muay-tay idman növləri üzrə respublika turnirində uğurlu nəticə qazanıblar. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində baş tutub. Burada iştirak edən "Sumqayıt"komandası "Uşu" idman növündə medal sayına görə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, "Vətən müharibəsi"şəhidlərinin xatirəsinə həsr olunmuş birincilyə Sumqayıt, Bakı, Mingəçevir, Göyçay, Gəncə, Samux, Şamaxı və Şəki rayonlarından 100-dən çox idmançı qatılıb.