“Sumqayıt” heyətini gücləndirib. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
Komandamız “Kəpəz”in aparıcı fiqurlarından olan Georgi Papunaşvilini transfer edib. “Səbail”lə oyunda zədələnərək bir neçə həftəlik sıradan çıxan 28 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la 1 illik anlaşıb.
Georgi cari mövsümdə Premyer Liqada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Gürcüstan millisinin sabiq üzvüdür.
Məlumata görə, Gəncə klubu onu saxlamağa çox çalışıb. Lakin “kimyaçılar” daha yaxşı müqavilə şərtləri təklif ediblər.
Qeyd edək ki, “Sumqayıt” futbol klubu UEFA Konfrans Liqasına vəsiqə qazanıb.