Atletika üzrə yay Azərbaycan çempionatı başlayıb. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
Birincilik Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən təşkil olunub. ADBTİA-nın stadionunda gedən mübarizıyə Sumqayıt atletləri də qoşulublar.
Qeyd edək ki, Azərbaycan çempionatı Paris Yay Olimpiya Oyunlarına, həmçinin Avropa çempionatına (Roma, 7-12 iyun) lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda 95-ci ölkə çempionatı İzmirdə keçiriləcək Balkan çempionatına seçim xarakteri daşıyır.