Ağırlıqqaldırma üzrə ölkə çempionatı keçirilib.
Sumqayıt24 xəbər verir ki, yarış Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində təşkil olunub. Sumqayıt şəhərini təmsil edən atletlər 3-cü yeri tutublar. Kollektivə 3 min manat mükafat verilib.
Qeyd edək ki, 1-ci yerə Qazax, 2-ci yerə isə Lənkəran komandası layiq görülüb.