“Sumqayıt” basketbol klubu hazırlıq oyunu keçirib.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında çıxış edən komanda “Naxçıvan” kollektivi ilə üzləşib. Memarlıq və İnşaat Universitetinin idman zalında baş tutan matç rəqibin qələbəsi ilə yekunlaşıb - 90:74.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında mövsümə oktyabrın 18-də start veriləcək.